Ağ Evin mətbuat katibi Cen Psaki ilə jurnalist arasında gərgin dialoq yaşanıb.
Axar.az xəbər verir ki, keçirilən brifinqdə jurnalist Əfqanıstanda baş verənləri xatırladaraq “Ukraynada evakuasiya olacaq nə qədər Amerika vətəndaşı var” sualını verib.
Psaki isə sualı sərt şəkildə cavablandırıb:
“Bu, bütün dünyada açıq sualdır. Amerikalılar dünyanın dörd tərəfindəki ölkələrə getdikdə onlara çip taxmırıq və hərəkətlərini izləmirik”.