Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Sülh Duası Gününün keçirilməsini təklif edirəm.
Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı deyib.
“Mən Ukraynada sülhə yeni zərbə vurmaq təhlükəsi yaradan və Avropa qitəsinin təhlükəsizliyini şübhə altına alan gərginliyin artmasını böyük narahatlıqla izləyirəm. Vəziyyəti nəzərə alaraq, yanvarın 26-da Sülh Duası Gününün keçirilməsini təklif edirəm”, - Papa bildirib.