Moskvaya Gürcüstan və Ukraynanın NATO-ya üzv olmayacaqları ilə bağlı dəqiq zəmanət lazımdır.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bizim üçün prioritet ABŞ-dan Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair hüquqi qüvvəyə malik, möhkəm təminat əldə etməkdir. Bu, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqları ilə bağlı məlum 2008-ci il Buxarest sammitinin formuludur”, - Ryabkov bildirib.
Koronavirusun əvvəlki versiyalardan daha yoluxucu olan "Omikron" ştammının yayıldıqca simptomları da dəyişir.
ABŞ Dövlət katibi Entoni Blinkenin Ukraynaya səfəri başlayıb.
Axar.az xəbər verir ki, Dövlət katibinin olduğu təyyarə səhər saatlarında Kiyevə enib.
Səfər çərçivəsində Blinkenin Ukrayna Prezidenti Vladimir Zelenski və XİN rəhbəri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.
Rusiya Prezidenti Vladimir Putinin Moskvada İran Prezidenti İbrahim Rəisi ilə keçirəcəyi görüşün gündəliyi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat yayan Kremlin mətbuat xidməti prezidentlərin ikitərəfli əməkdaşlığın bütün məsələlərini, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırdıqlarını bəyan edib.
Bundan başqa, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bildirib ki, Rəisinin Rusiyaya gözlənilən səfəri Tehranın balanslaşdırılmış xarici siyasətinin davamıdır.
Qeyd edək ki, Rəisinin Moskvaya səfərinin gələn həftənin çərşənbə günü baş tutacağı gözlənilir.
Ermənistanın qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi üzrə məhkəməsi keçmiş deputat, general-leytenant Manvel Qriqoryan, arvadı və övladlarının əmlakına həbs qoyub və bununla da prokurorluğun vəsatətini təmin edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, generalın arvadı və övladları iş üzrə materiallarla tanış olmaq üçün prokurorluğa çağırılıblar.
Prokurorluğun məlumatına görə, vərəsəlik hüququ ilə onlara məxsus əmlak müsadirə edilməlidir. Eyni zamanda, Baş Prokurorluq qeyd edib ki, ölüm faktı qanunsuz mənşəli əmlakın müsadirə olunmasını istisna etmir.
Xatırladaq ki, Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, Azərbaycan Ordusunun erməni ordusuna divan tutduğunu gördü və “yardım üçün” gəldiyi Xankəndidə insult keçirərək, İrəvana qaytarıldı. 2020-ci ilin noyabrında İrəvanda da öldü.
Moldova xalqı hakimiyyətin fəaliyyətinə qarşı müxalifət partiyalarının dəstəyi ilə etiraza qalxa bilər.
Axar.az xəbər verir ki, bu barədə Moldovanın eks-prezidenti İqor Dodon deyib.
“Etirazlar situasiyadan çıxış yoludur. Lakin düşünürəm ki, etirazlar hər hansı partiya bayrağı olmadan baş tutmalıdır. Sosialist Partiyasının yeni rəhbərliyi vahid cəbhə yaratmaq üçün digər partiyaların liderləri ilə birləşməli, insanlar küçələrə çıxıb öz mövqeyini bildirməyi bacarmalıdır”, - deyə Dodon bildirib.
Onun sözlərinə görə, ölkədə bütün sahələrdə diktatura rejimi qurulur və xalq bunu anladığından hakimiyyətə hələlik müqavimət göstərə bilir.
Qeyd edək ki, Moldovada sürətli inflasiya və enerji böhranı yaşanmaqdadır.
Birləşmiş Ştatlar Ukraynaya əlavə qüvvələr göndərmək niyyətində deyil, bu ölkədə ABŞ Milli Qvardiyasının hərbçiləri qalmaqdadır.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi deyib.
“Hazırda əlavə qüvvələrin Ukraynaya göndərilməsi məsələsi müzakirə edilmir. Floridanın Milli Qvardiyası yerlərində qalır və bununla bağlı heç bir dəyişiklik yoxdur”, - deyə Kirbi bildirib.
Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir və 60 yaşı tamam olur.