Koronavirusun əvvəlki versiyalardan daha yoluxucu olan "Omikron" ştammının yayıldıqca simptomları da dəyişir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyadan gələn son xəbərlərə görə sözügedən ştamma iki yeni simptom əlavə edilib.
"Omikron"a yoluxanlarda qusma və ürək bulanması ilə üzləşənlərin sayında artım olduğu bildirilir.
Dekabr və yanvar ayları arasında variantı tədqiq edən tədqiqatçılar vurğulayırlar ki, bu simptomlar virusa yoluxmaya işarə etsə də, mütləq koronavirusa yoluxma deyil.
Sözügedən simptomlar bir çox başqa xəstəliklərin nəticəsi də ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, virus yuxarı tənəffüs yollarına hücum edir.
ABŞ-da Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) də ürəkbulanma və qusmanı koronavirusun simptomları arasında qeyd edir. Beləliklə, "Omikron"un əsas simptomları yenilənib: qızdırma və ya titrəmə, öskürək, nəfəs darlığı, yorğunluq, əzələ və ya bədən ağrıları, baş ağrısı, yeni dad və ya qoxunun itirilməsi, boğaz ağrısı, burun tutulması və ya burun axması, ürəkbulanma və ya qusma, ishal.