Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında 64 milyard lirəlik svop müqaviləsi imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Qarşılıqlı ticarətin inkişaf etdirilməsi yolu ilə iki ölkə arasında maliyyə əməkdaşlığının daha da gücləndirilməsini nəzərdə tutan saziş üç il müddətində qüvvədə olacaq və qarşılıqlı razılaşma ilə uzadıla bilər”, - məlumatda bildirilir.