Özbəkistanda yerli pilotsuz uçuş aparatları istehsal olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Sənayesi Dövlət Komitəsi açıqlama yayıb.
Bildirilir ki, komitənin tərkibindəki Pilotsuz Uçuş Sistemləri Elmi-İstehsalat Mərkəzində “Laçın” adı ilə pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb.
Yerli istehsal olan PUA-lar həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna biləcək.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror hərəkatının Əfqanıstandakı bölməsi olan "Vilayəti Xorasan" qruplaşmasının sabiq lideri, "Əslam Fəruki" kimi tanınan Abdulla Orakzay Əfqanıstanın şimalında məhv edilib.
ABŞ-ın Kentukki ştatında çayda boğulan çılpaq qadını xilas etmək istəyən şəxs özü həlak olub.
ReAL İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli “yerində olmayan adamlar”la bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Axar.az xəbər verir ki, N.Cəfərlinin göstərdiyi misallar içərisində biri diqqət çəkib.
O bildirb ki, bir partiya sədrdən, sürücüsündən və orbazlı desək, xaloğludan ibarətdir:
“İnternetdə bağırmaqla 40-50 min baxış yığan kimi özü haqqında yüksək fikrə düşür, elə bilir ki, xalq bunun yanındadır, amma başına bir iş gələndə, çıxışlarına görə haqsız, hüquqsuz olaraq həbs ediləndə məhkəməsinə heç 3 nəfər də gəlmir”.
Qeyd edək ki, N.Cəfərlinin VİP sədri Əli Əliyevi qəsd etdiyi bildirilir. Çünki internetdə tiraj yığan və bir neçə gün öncə həbs edilən VİP sədridir.
Rusiya vətəndaşları ötən il Türkiyədə təxminən 5,4 min mənzil və həyət evi alıb ki, bu da 2020-ci illə müqayisədə 75% çoxdur.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun məlumatında deyilir.
Məlumata görə, ruslar Türkiyədə ən çox ev alan əcnəbilər arasında üçüncü yerdədilər. Mənzillər əsasən Antalya, Alanya və Mərsin kimi kurort yerlərindən alınır.
Ekspertlərin sözlərinə görə, ruslar ötən ilin sonunda türk lirəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından istifadə ediblər.
İsrail xarici işlər nairi Yair Lapid husilərinin BƏƏ-yə hücumunu kəskin qınayıb.
Axar.az xəbər verir ki, XİN rəhbəri beynəxalq ictimaiyyəti də bu insidenti kəskin qınamağa çağırıb.
“Əbu-Dabiyə PUA-larla təşkil edilən hücumu kəskin şəkildə qınayır, ölənlərin ailələrinə başsağlığı verir, yaralılara isə təcili şəfalar diləyirik. İsrail BƏƏ-yə öz dəstəyini bildirir və beynəxalq ictimaiyyəti də bu hadisəni kəskin qınamağa və addım atmağa çağırır ki, İran və onun əlaltıları regionun təhlükəsizliyini pozmasın və günahsız insanlara zərər verməsin”, - deyə Lapid bildirib.
Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşı Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuq Bayraqdara təhsil verdiyimiz üçün utanırıq" ifadəsini işlədib.
Axar.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Tvitter hesabında yazıb.
“Utanmalı olduğunuz şeylər törədilən soyqırım və qətliamlardır. Biz torpaqlarımızı işğaldan azad etdik. Bundan da ancaq qürur duyuruq!” - Bayraqdar cavabında bildirib.
ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli koronavirusa yoluxub.
Axar.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
M.Millinin koronavirus testinin nəticəsinin müsbət çıxdığı bildirilib.
Təcavüzkar Rusiyadır. Deməli, Ukraynadan təzyiqin aşağı salınması ilə bağlı addım gözləmək doğru deyil.
Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"NATO Rusiyanın da narahatçılığını nəzərə alacaq. Lakin vəziyyəti sabitləşdirmək Rusiyadan asılıdır", - Stoltenberq söyləyib.