Avropa Birliyi qitənin təhlükəsizlik strukturuna yenidən baxılması ilə razılaşır, lakin danışıqların gündəliyini dəyişdirmək və iştirakçıların sayını artırmaq lazımdır.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Baş diplomatı Jozep Borrell danışıb.
"Yanvarın 24-də AB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası var, bu gündən biz öz təkliflərimizi hazırlayacağıq. Təhlükəsizliyin arxitekturası ilə bağlı ehtiyac olarsa, bizim hazır təkliflərimiz olmalıdır.
1970-ci illərdən bəri çox şey dəyişib, o cümlədən Avropanın təhlükəsizlik arxitekturasına aid olan şeylər, məsələn, SSRİ artıq mövcud deyil”.