"İraq və Şam İslam Dövləti" (İŞİD) terror hərəkatının Əfqanıstandakı bölməsi olan "Vilayəti Xorasan" qruplaşmasının sabiq lideri, "Əslam Fəruki" kimi tanınan Abdulla Orakzay Əfqanıstanın şimalında məhv edilib.
Milli.Az Tolo News-a istinadən bildirir ki, terror aktlarında, adam oğurluğunda, quldurluqda və s. suçlanan A.Oqrakzay onun axtarışına çıxmış "Taliban" dəstəsinin əməliyyatı nəticəsində zərərsizləşdirilib.
A.Orakzayla birlikdə onun 5 əlaltısı da öldürülüb.