Somalinin paytaxtı Moqadişoda bombalı terror aktı törədilib.

Axar.az xəbər verir ki, hücum zamanı hökumət sözçüsü Məhəmməd İbrahim Moalimu da yaralanıb.

 

Terrorun kim tərəfindən törədildiyi hələ açıqlanmayıb.

İrəvan hökuməti Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan ərazisində tikintisi üçün hansı vəsaitdən istifadə olunacağı ilə bağlı hələ qərar verməyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunub ki, layihənin həyata keçirilməsi ilə bağlı qərar verilib, lakin dəmir yolunun tikintisi üçün nəzərdə tutulan 226 milyon dollara yaxın vəsaitin haradan əldə olunacağı bəlli deyil.

Ermənistanın İqtisadiyyat Nazirliyi məsələnin onların səlahiyyətlərindən kənarda olduğunu, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə maliyyə mənbəyinin seçilməsi məsələsinin bəlli olmadığını bildirib.

 

Ölkənin Maliyyə Nazirliyi bütün məsələlərin müzakirə mərhələsində olduğunu bəyan edib:

"Bütün mümkün variantlar təhlil edilir. Hazırda əmlakın mülkiyyətçiliyi, vəziyyəti və digər məsələlərin müəyyən edilməsi üçün Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin ifadə olunduğu texniki-iqtisadi əsaslandırmadan sonra məsələyə baxmaq olar".

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvan ərazisindən keçən Arazdəyən-Mehri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar imzalayıb.

Finlandiya və İsveç ərizə təqdim edildikdən bir gün sonra NATO-ya üzv ola biləcəklər.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

O qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsi halında bu ölkələrdə alyansa üzvlüklə bağlı müzakirələr başlaya bilər:

 

"Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə, bütün lazımi kriteriyalara cavab verdikləri üçün dərhal qərar verə bilərik".

Onun sözlərinə görə, NATO-nun Avropadakı nümayəndələri ilə danışıqlar zamanı Rusiya blokun genişlənməsinə veto qoymağı tələb edib.

KazTransOil SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və QazaqGaz SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.

 

Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

Liviyada qiyamçı marşal Xəlifə Haftarın təyyarəsi İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına eniş edib.

Axar.az xəbər verir ki, bu barədə MAKAN məlumat yayıb.

 

Məlumata görə, Haftara məxsus təyyarə 2 saat sonra yenidən havaya qalxıb. Təyyarədə kimin olduğu və hara getdiyi barədə məlumat verilməyib.