KazTransOil SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və QazaqGaz SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.
Axar.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.
Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.