Qazi Mustafa Kamal dönəmindən sonra CHP yalnız düşüncə olaraq deyil, həm də əməli olaraq da fazişmsayağı bir partiyaya çevrilmişdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“İkinci Dünya müharibəsindən sonra dünyada yaradılan çoxpartiyalı sistemlər və bunun fonunda xalqın demokratiya tələbi CHP-çi kadrlar üçün gözlənilməz olmuşdu. Bu mənada Demokratik Partiya və Menderes dönəmi Türkiyənin demokratiya və inkişaf mübarizəsinin önəmli simvollarından biridir. Eyni zamanda 27 may tarixi ölkəmizdə bitib-tükənmək bilməyən qiyam, xunta rejimləri, həbslərin başlanma dönəmidir. Çevriliş dönəmlərində baş verənlər millətimizin tarixində ağır izlər buraxmışdır”.

Xatırladaq ki, Türkiyənin CHP-çi olmayan ilk baş naziri Adnan Menderes 1960-cı ildə 27 may çevrilişi ilə devrilərək edam cəzasına məhkum edilib.

Putinə Qərbə qarşı tarazlıq üçün Çin lazımdır. O əmindir ki, sərhədi Moskvadan 500 kilometr aralıda yerləşən Ukraynada düşmən rejimin qurulmasına Qərb kömək edib. Qərb Belarusda da eyni düşmən rejimini yaratmaq istəyir. Yeni demokratiyalar kimi gördüyümüz ərazilər Putin üçün Sovet İttifaqının əsas hissələridir.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal"da yayımlanan məqalədə deyilir.

 

"Putinin məqsədi təkcə keçmiş Sovet İttifaqını bu və ya digər formada bərpa etmək deyil, həm də bütün Mərkəzi və Şərqi Avropada, təxminən keçmiş Varşava Müqaviləsi ölkələrinin sərhədləri daxilində təsir zonası yaratmaqdır. Qardaş kommunist partiyaları vasitəsilə birbaşa idarəçilik əvəzinə Putinin yeni modeli bir növ kütləvi “finlandizasiya”dır. Berlindən Şərqi və Cənub-Şərqi Avropaya qədər ölkələr qırmızı xətlərin nə olduğunu dəqiq bilsinlər. Moskvanın maraqları baxımından heç bir halda bu qırmızı xətləri keçmək mümkün deyil", - deyə bildirilir.

Qeyd edək ki, ötən əsrin 60-70-ci illərində Qərbi Almaniyada meydana çıxan “finlandizasiya” termini güclü ölkənin kiçik qonşu ölkənin xarici siyasətinə təsir etməsi anlamına gəlir.

Aİ ölkələri Ukrayna böhranının “Normand formatı” çərçivəsində həlli istiqamətində diplomatik səyləri tam dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə Fransa XİN-nin Brest şəhərində keçirilən 27 ittifaq ölkəsi xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatında deyilir.

 

Bəyanatda deyilir ki, bu görüş onun iştirakçılarına Rusiya və Ukrayna arasında artan gərginlik şəraitində Aİ-nin şərq qonşularının təhlükəsizliyi, Qazaxıstan və Belarusdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa imkan verib.

Finlandiya Prezidenti Sauli Niinistö və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin bəyanatında deyilir.

 

Məlumata görə, liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət fonunda Avropa təhlükəsizliyini müzakirə ediblər. Dövlət başçıları Rusiya ilə dialoqun vacibliyini vurğulayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 17-də Albaniyaya səfər edəcək.

Axar.az xəbər verir ki, Ərdoğan 2019-cu il zəlzələsindən sonra ölkənin şimalında inşa edilən evlərin açılış mərasiminə qatılacaq.

 

Prezident həmçinin Tiranada TİKA tərəfindən bərpa edilən Osmanlı əsəri Ethem bəy məscidinin rəsmi açılışında iştirak edəcək.

Ərdoğanın Albaniya təmasları çərçivəsində baş nazir Edi Rama ilə görüşəcəyi və Albaniya parlamentində çıxış edəcəyi gözlənilir.

Malinin qiyam nəticəsində devrilmiş Prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda ölüb.

Axar.az xəbər verir ki, bu barədə Keytanın ailəsi məlumat yayıb.

 

Onun ölüm səbəbi bilinmir.

İbrahim Bubakar Keyta 2013-2020-ci ilə kimi ölkənin prezidenti olub.

ABŞ Prezidenti Co Baydeni inflyasiya, koronavirus pandemiyasının növbəti dalğası və Rusiya ilə gərgin münasibətlər səbəbindən çox pis qış gözləyir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

 

“Ağ Evin rəhbəri həm ölkə daxilində, həm də xarici siyasət arenasında çətin vəzifələrlə üzləşib. Şərqi Avropada böhran böyüyür. Regionda təhlükəsizlik məsələlərinə dair Moskva ilə aparılan məsləhətləşmələr hələlik heç bir mühüm nəticəyə gətirib çıxarmayıb”, - məqalədə qeyd olunub.