ABŞ prezidenti Co Bayden Texas ştatının Kolleyvil şəhərində sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
ABŞ prezidenti qeyd edib ki, bu, terror aktı olub. Onun sözlərinə görə, ABŞ hakimiyyəti hələ baş verənlərin bütün təfərrüatlarını, o cümlədən girov götürənin silahı haradan əldə etdiyini dəqiq bilmir.
O, ədliyyə naziri - ABŞ-ın baş prokuroru Merrik Qarlendla əlaqə saxladığını vurğulayıb və gələcəkdə "oxşar əməllərin" qarşısının alınması üçün faəliyyət göstərdiklərini qeyd edib.