Aİ ölkələri Ukrayna böhranının “Normand formatı” çərçivəsində həlli istiqamətində diplomatik səyləri tam dəstəkləyir.
Axar.az xəbər verir ki, bu barədə Fransa XİN-nin Brest şəhərində keçirilən 27 ittifaq ölkəsi xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatında deyilir.
Bəyanatda deyilir ki, bu görüş onun iştirakçılarına Rusiya və Ukrayna arasında artan gərginlik şəraitində Aİ-nin şərq qonşularının təhlükəsizliyi, Qazaxıstan və Belarusdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa imkan verib.