İranda neft ixracatı 2021-ci ilin avqustundan bəri 40 faiz artıb.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
Rəisi ABŞ-ın tətbiq etdiyi sanksiyaları təsirsiz hala gətirmək üçün çalışdıqlarını qeyd edib:
“İranın neft ixracatı o həddə çatıb ki, artıq bu mövzudan narahat deyilik”.
Erməni əsilli rusiyalı alim və tarixçi Filip Ekozyans ermənilərin Ərzurumla bağlı iddialarını lağa qoyub.
Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Vikipediyanı açdım. "Ərzurum tarixi Qərbi Ermənistan şəhəridir..." yazısını gördüm. Absurdun dərəcəsinə baxın! Elədirsə, italyan vikipediyasında "Paris tarixi Şimali İtaliyanın şəhəridir"; monqol resursunda "Moskva tarixi Qərbi Monqolustan şəhəridir"; almanlarınkında "Roma tarixi Qərbi Almaniyanın şəhəridir"; iranlılarınkında "Tiflis, İrəvan, İstanbul tarixi Qərbi İran şəhərləridir" yazılsın! Qardaşlar, niyə bu cür cəfəngiyatları yazmağa utanmırıq? Bunu oxuyarkən belə xəcalət çəkirəm", — o bildirib.
Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“KTMT-yə üzv ölkələrin kontingentlərinin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılması ilə bağlı məsələlər müzakirə edilib", - məlumatda qeyd olunub.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyaya səfər dəvəti qüvvədə qalır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Əlbəttə, dəvət qüvvədə qalır. Yüksək səviyyəli təmaslar iki ölkə üçün son dərəcə vacibdir və davam edəcək. Dəqiq tarixlər müəyyən edilən kimi bu barədə məlumat verəcəyik", - Peskov bildirib.
Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Qurbanlara və ölənlərə görə ağrı və təəssüf hissini ifadə etməyə söz tapmıram.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva özünün Feysbuk səhifəsində yazıb.
“Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olacaq. İnsanların sülh dövründə ölməsi düzgün deyil. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Nazarbayeva bildirib.
Nazarbayeva atasını dəstəkləyən qazaxıstanlılara da təşəkkür edib:
“Atama verdiyiniz mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.
Qeyd edək ki, Nazarbayevin kiçik qızı olan Aliyə biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və film prodüserliyi ilə məşğul olur. 2017-ci ildən Ekoloji Təşkilatlar Assosiasiyasına rəhbərlik edir.
Yutub dünyanın əsas dezinformasiya mənbəyidir və öz platformasında yalanların yayılmasının qarşısını almaq üçün kifayət qədər iş görmür.
Axar.az xəbər verir ki, bunu İngiltərənin “Qardian” qəzeti yazıb.
“Platformada koronavirus barədə və ABŞ-da prezident seçkisi zamanı dezinformasiyalar yer alıb. Yutub öz platformasından başqalarını manipulyasiya və istismar etmək, həmçinin pul yığmaq üçün silah kimi istifadə etməyə icazə verir. Bunun qarşısını alamaq üçün isə kifayət qədər tədbir görmür”, - nəşr bildirib.
Əfqanıstanda dövlət universitetləri tezliklə açılacaq.
Axar.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin təhsil nazirinin müavini Şeyx Əbdülbaki Həqqani məlumat yayıb.
O, i̇qtisadi problemlərin tezliklə həll olunacağını, dövlət universitetlərində yenidən təhsil və kadr hazırlığına başlanacağını vurğulayıb.
Həqqani ölkə daxilində 40 dövlət, 150 özəl universitet olduğunu xatırladaraq, təhsilin özəl universitetlərdə davam etdiyini bildirib.
Rusiyanın Altay vilayətində 12 yaşlı uşaq elektron siqaret çəkdikdən sonra ölüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İstintaqın məlumatına görə, yanvarın 10-da 17 yaşlı Biysk şəhər sakininin evinə onun 18 yaşlı rəfiqəsi 12 yaşlı qardaşı ilə qonaq gedib. Yeniyetmələr elektron siqaret çəkdikdən sonra səhhətləri pisləşib. Səhəri gün onların hər üçü huşsuz vəziyyətdə tapılıb. Oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.