Cənubi Koreya Prezidenti Mun Çje İnin Pekin-2022 Qış Olimpiya Oyunlarını izləmək üçün Çinə səfər etmək planı yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi açıqlama yayıb.
Ofis Olimpiya Oyunlarına qaydalara uyğun nümayəndə heyəti göndərməyi düşünür.
Qeyd edək ki, ABŞ başda olmaqla bəzi ölkələr Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğur müsəlmanlara qarşı soyqırım və insanlığa qarşı cinayətlər və insan hüquqlarının digər pozuntuları iddiası ilə Pekində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etdiklərini, oyunlara heç bir rəsmi heyətin göndərilməyəcəyini açıqlayıb.