Rusiya Prezidenti Vladimir Putinin Moskvada İran Prezidenti İbrahim Rəisi ilə keçirəcəyi görüşün gündəliyi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat yayan Kremlin mətbuat xidməti prezidentlərin ikitərəfli əməkdaşlığın bütün məsələlərini, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırdıqlarını bəyan edib.
Bundan başqa, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bildirib ki, Rəisinin Rusiyaya gözlənilən səfəri Tehranın balanslaşdırılmış xarici siyasətinin davamıdır.
Qeyd edək ki, Rəisinin Moskvaya səfərinin gələn həftənin çərşənbə günü baş tutacağı gözlənilir.