ABŞ-da cümə günündən başlayan güclü qar və çovğun həyatı iflic etməyə davam edir.
Axar.az xəbər verir ki, fırtınanın intensivliyinin saatda 100 kilometri keçdiyi Massaçusets ştatında 113 min insan işıqsız qalıb, sahilyanı ərazilərdə yaranan yüksək dalğalar səbəbindən bəzi yerlərdə daşqınlar olub.
Güclü qarın təsirinə məruz qalan Nyu Yorkda da 600-dən çox insan işıqsız qalıb.
Qeyd edək ki, pis hava şəraiti səbəbindən Boston və Vaşinqton arasında qatar səfərləri dayandırılıb, ölkənin ən işlək hava limanlarında 4500-dən çox reys ləğv edilib.