Rusiya müharibə istəmir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Biz müharibə istəmirik. Bu bizə lazım deyil. Qərbdə bunu bizə sırımaqla öz eqoist istəklərini həyata keçirirlər”, - Patruşev bildirib.
Patruşev qeyd edib ki, Rusiya təhlükəsi barəsində danışılanlar tamamilə əsassızdır:
“Hazırda deyirlər ki, Rusiya Ukraynanı təhdid edir. Tam cəfəngiyyatdır. Heç bir təhdid yoxdur. Ukraynanın rəsmi şəxsləri də heç bir təhlükənin olmadığını deyirlər. Amerika rəsmiləri isə təsdiq edir ki, təhlükə var və onlar sonuncu ukraynalıya silah verməklə döyüşə hazırlaşırlar. Onları tərəflərin itkiləri maraqlandırmır”.