Böyük Britaniya Baş naziri Boris Conson Ukraynaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanasından məlumat verilib.
Məlumata görə, fevralın 1-də baş tutacaq səfər zamanı Conson Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Consonla yanaşı Britaniya xarici işlər naziri Lis Trass da səfərdə iştirak edəcək.
Qeyd edilib ki, Ukrayna səfərindən sonra Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.