Kiyev və London Ukraynanın hərbi-dəniz donanmasının gücləndirilməsi sahəsində əməkdaşlıq edir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Boris Consonla birgə keçirilən brifinqdə deyib.
“Demək istərdim ki, Britaniyanın dəstəyi Ukrayna hərbi-dəniz donanmasının inkişafı və qurulması ilə əlaqədardır. Anlayıram ki, bu gün bu dəstək bizi Qara dənizdə və Azov sahillərində blokadadan çıxarmayacaq və qorumayacaq. Lakin bu, olduqca güclü addımlardan biridir. Sahillərimizi, akvatoriyamızı qoruyacaq müstəqil donanma...” - deyə Zelenski bildirib.