Avropada qazın qiymətinin qalxmasına görə Rusiyanı günahlandırmırıq.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyib.
Onun sözlərinə görə, qiymət artımı bir neçə faktorun dərhal birləşməsindən yaranır:
“Birincisi, iqtisadiyyatın bərpası tələbi artırıb. Digər tərəfdən də qış enerji resurslarının bərpası üçün xüsusi əlverişli olmayıb. Təklif artmır, lakin tələb artır”.