Litvalı deputatlardan ibarət nümayəndə heyəti Litvada daimi hərbi kontingentin yerləşdirilməsi və Baltikyanı ölkələrə hərbi yardımın maliyyələşdirilməsinin artırılması ilə bağlı ABŞ Konqresinə müraciət etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.
Nəşrin məlumatına görə, Litva Seyminin bir qrup deputatı hazırda Vaşinqtondadır və onlar ABŞ Konqresi ilə görüşməyi və bir sıra tələblər, o cümlədən ABŞ qoşunlarının Litvada daimi yerləşdirilməsi və maliyyənin artırılması ilə bağlı tələblər irəli sürməyi planlaşdırırlar.
“Bizim üçün mütləq prioritet daimi əsasda ABŞ qoşunlarıdır... Bu, sadəcə qırmızı xəttdir, ruslara çox aydın mesajdır”, - litvalı deputat Layma Luçiya Andrekene qəzetə açıqlamasında deyib.
Qeyd edək ki, Baltikyanı ölkələrə hərbi yardım proqramına əsasən, Litva, Latviya və Estoniya ildə 150 milyon dollar maliyyə vəsaiti alır.