Bunlar əlbəttə ki, son dərəcə aldadıcıdır və Kipr məsələsinin həllinin mahiyyətində qarşı tərəfin nə qədər pis niyyətli olduğunu göstərir.
Axar.az xəbər verir ki, bunu "TRT Haber"ə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.
O, Qapalı Maraşın yunan Kiprinə verilməsi müqabilində yunan tərəfinin Ərcan və Famaqusta limanları ilə bağlı təkliflərinin qətiliklə qəbul edilməyəcəyini vurğulayıb.