Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Son dövr təsdiqlədi ki, əgər biz dialoqdan imtina etsək, heç bir münaqişəni həll etmək mümkün olmaz. Çünki bu halda başqalarının bizim adımızdan danışmasına icazə veririk və artıq kollektiv təhlükəsizliyimizə töhfə verə bilmərik", - Makron bildirib.