Ermənistanda intihar edənlərin sayı artıb, bu ölkədə təkcə ötən il 7 yeniyetmə intihar edib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti 2019-2021-ci illər ərzində ölkədə qeydə alınan intihar və intihara cəhd hallarına yekun vurub. Açıqlanan məlumata görə, intihar edənlərin sayı artıb. 2019-cu ildə 153, 2020-ci ildə 183, 2021-ci ildə 191 nəfər intihar edib.
İntihara cəhd edənlərin əksəriyyəti 30-65 yaş arasındadır.
Qeyd olunub ki, Ermənistanda daha çox kişilər intihar edir. Məsələn, 2021-ci ildə qeydə alınan 191 hadisədən 156-sı kişi, 35-i qadındır.
2021-ci ildə 7 yeniyetmə, 2020-ci ildə 5 yeniyetmə intihar edib.
2019-cu ildə 16, 2020-ci ildə 12, 2021-ci ildə 12 uşaq intihara cəhd edib.