Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros Fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir.

Məsələn, 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirlər "İravunk" nəşrində dərc olunan eyniadlı analitik məqalədə yer alıb.

Bildirilib ki, fond bu dəfə fiziki şəxslərə qrant ayırmayıb. Redaksiyanın apardığı araşdırmalardan aydın olur ki, bu dəfə qrant ayrılanlardan biri "İnkişaf və hüquq müdafiəsi" fondunun həmtəsisçilərindən biri, parlamentdəki "Mülki müqaviləsi" hakim fraksiyasına daxil olan Harusyak Culxakyandır. O da bəlli olur ki, sifətinə Mona Lizanın mübhəm təbəssümü hopmuş bu xanım deputat Soros Fondundan 24,5 min, ona yaxın olan Jenya Mailyanın "Real adamlar və real dünya"sı 24 min 668, ona heç də kənar adam sayılmayan Vayolet Çopunyanın "Hüquq İnkişafı Mərkəzi" 37 min 750, hüquq müdafiəçilərini koordinasiya edən Zarui Ovannesyan 28 min, Daniel İonasyanın "Məlumatlı Vətəndaşlar İttifaqı" 50 min, Lusine Vasilyanın "Mandat"ı 70 min, "Diskriminasiyaya qarşı və birlik naminə"si 43 min 100, Edik Bağdasaryanın "Araşdırmaçı jurnalistlər"i 90 min dollar və "Soros dəyərləri"nin digər keşikçiləri ümumilikdə 1,2 milyon dollar qrant alıblar.

Yazıda diqqətçəkən məqam odur ki, qrant alanların arasında dövlət məmurları, iqtidar deputatları, hətta səfirlər də var. Bu şəxslərin hamısı 2021-ci il parlament seçkilərində bu və yaxud digər dərəcədə fəallıqları ilə seçiliblər.

Məqalə bu sualla tamamlanır: "Bütün bunların demokratiya ilə nə əlaqəsi var və nəyə görə bu hallar öz adı ilə - korrupsiya adlandırılmır".

 

Bütün bunlar Ermənistanda bir sıra dairələrin hələ də Sorosun təsiri altında olduğunu isbatlayır.

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır