Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali deyib.
“10-11 fevral tarixlərində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Prezident Vladimir Putinin dəvətilə Rusiyaya işgüzar səfərə yollanacaq. Fevralın 10-da Qasım-Jomart Tokayev Moskvada Rusiya prezidenti ilə görüşəcək. Görüş zamanı çoxşaxəli Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçiriləcək”, - Uali bildirib.
Onun sözlərinə görə, Tokayev fevralın 11-də Kazanda Tatarıstan Prezidenti Rüstəm Minnixanovla da görüşəcək.