Yunanıstan beynəlxalq səviyyədə geri çəkilmə və insan haqlarını pozma siyasətini davam etdirir.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yunanıstan 19 günahsız insanın soyuqda qalaraq ölümünə görə məsuliyyət daşıyır”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Yunanıstan sərhədindən üst geyimləri və ayaqqabları soyundurularaq qovulan 19 miqrant donaraq ölmüşdü.