ABŞ Ukraynadakı vətəndaşlarına Rusiyadan gələn təhlükənin artması ilə əlaqədar dərhal ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden NBC telekanalına müsahibəsində deyib.
"ABŞ vətəndaşları Ukraynanı dərhal tərk etməlidir. Vətəndaşlarımızı təxliyə etmək üçün Ukraynaya qoşun göndərməyəcəyik. Rusiya Ukraynaya hər an hücum edə bilər. Hər an hər şey yolundan çıxa bilər. Putin nəsə etmək məcburiyyətindədir”, - Bayden deyib.