Ötən ilin sonlarında mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya tədarükü göstərdi ki, Rusiya qazdan qoca qitəyə qarşı güclü rıçaq kim istifadə edə bilmir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
O bildirib ki, qaz qıtlığı Avropa sahillərində əlavə qaz istehlakı ilə bağlı potensial səylərin dəstəkləklənməsinə səbəb oldu.
Nazirin sözlərinə görə, ötən ilin sonunda Rusiyadan tədarükün məhdudlaşdırılması fonunda qaz qiymətlərinin sürətlə qalxması nəticəsində maye qaz yüklərinin Avropaya yönləndirilməsi Rusiya qazına alternativin olduğunu göstərdi:
"Bunu deməyi bəyənirəm: Vladimir Putin Avropaya Milad hədiyyəsi etdi. O, bizim Rusiya qazından asılı olmadığımızı göstərdi".