Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Xüsusilə Vətən müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsini verib. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə hər zaman eyni mövqelərdən çıxış edən Azərbaycan-Pakistan dostluğu və qardaşlığı əsl islam həmrəyliyi nümunəsi olaraq dünya üçün örnəkdir.

Şeyxülislam Allahşükür Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə edib. Bu baxımdan bir sıra önəmli məqamları xatırladan QMİ sədri istər sovetlər dönəmində, istər 20 Yanvar hadisələri zamanı, istərsə də Azərbaycanın İslam Konfransı Təşkilatına (İƏT) üzv qəbul olunması zamanı Pakistan dövlətinin qardaş dəstəyinin şəxsən şahidi olduğuna dair xatirələrini bölüşüb.

Pakistan səfiri şeyxülislamla görüşdən olduqca məmnun olduğunu, uzun müddət pandemiya səbəbindən görüşünün təxirə salındığını qeyd edib və nəhayət baş tutmasına görə şərəf duyduğunu bildirib. Səfir islam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını rəğbətlə vurğulayıb. Azərbaycanla Pakistan münasibətlərinin rəsmi xarakterdən daha çox millətlərimiz arasında qəlbən bağlılıq üzərində təşəkkül tapmış əlaqələr olduğunu qeyd edən səfir Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin bütün İslam dünyası üçün qələbə, bütün işğal altında olan xalqlara müsbət nümunə olduğunu qürurla vurğulayıb.

 

Görüşdə QMİ sədri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması haqda məlumat verib və türk dünyasına qardaş Pakistan xalqının da bu Birlik çərçivəsində dini-mənəvi əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Səfir Bilal Haye, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə təşkil olunan, o cümlədən multikulturalizm mövzusunda tədbirlərdə QMİ-nin yaxından iştirakından məmnun olacaqlarını bildirib.

Diplomat Pakistanda hindu və sikx mədəniyyət nümunələrinə həsr olunmuş kitabları şeyxülislama təqdim edib və müsəlman ölkəsi olan Pakistanda digər dinlərin ardıcıllarına olan tolerant münasibətdən söhbət açıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır