Avropalı tərəfdaşlarla və ABŞ-la sıx koordinasiya çox vacibdir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ səfəri ilə bağlı açıqlamasında deyib.
“Məqsəd Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının siyasi, iqtisadi və geostrateji baxımdan Rusiya üçün ağır nəticələr verəcəyi barədə Kremlə vahid siqnal göndərməkdir. Bütün Avropa müttəfiqləri bu məsələdə yekdildir”, - Şolts bildirib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bu gün ABŞ-a səfərə gedir. Bazar ertəsi kansler ABŞ Prezidenti Co Baydenlə görüşəcək.