Böyük Britaniya kraliçası II Yelizaveta özündən sonra oğlu Çarlzı taxtın varisi, gəlini Kamillanı isə kraliça elan edib.
Axar.az xəbər verir ki, Yelizaveta bu barədə taxta çıxmasının 70 illiyi münasibətilə yazdığı məktubda bildirib.
Kraliça vəzifədə olduğu müddətdə bütün xalqına sədaqətinə və sevgisinə görə təşəkkür edib:
“Vaxtı gələndə oğlum Çarlz kral olanda əminəm ki, mənə verdiyiniz dəstəyi siz ona və onun həyat yoldaşına verəcəksiniz. Kamillaya da mənə göstərdiyiniz dəstəyi göstərəcəyinizə əminəm. Ürəkdən arzu edirəm ki, Kamilla öz işini davam etdirərkən kraliça kimi tanınsın”.