Dünyadakı vəziyyət gözlənilməzdir. Buna görə də təhlükəlidir və hər an qaynar fazaya keçə bilər.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz o müharibənin dəhşətlərini yaxşı xatırlayırıq və bu gün dünyada gərginliyin artmasını narahatlıqla izləyirik. Bugünkü vəziyyət ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərini çox xatırladır. Bu, təhlükəlidir və hər an qaynar fazaya keçə bilər. Qanunsuz sanksiyalardan istifadə dünyada sabitliyi pozacaq”, - Lukaşenko bildirib.