Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikinci görüşünün yeri və vaxtı açıqlanıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, normallaşma prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan fevralın 24-də Vyanada görüşəcək.
Qeyd edək ki, onların ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.