Zimbabvenin Masvingo şəhərindəki psixiatriya xəstəxanasının pasiyenti klinikadan qaçıb və Tuqvi çayını keçərkən timsah tərəfindən yeyilib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Zimbabwe News" xəbər verir.
Qeyd olunur ki, klinika əməkdaşları xəstənin qaçışından təxminən on dəqiqə sonra, palatalara dərman paylayarkən xəbər tutub və dərhal polisə müraciət edib.
Qaçışdan yarım saat sonra yerli sakinlərdən biri timsahlarla dolu çayı keçməyə çalışan və xəstəxana paltarında olan bir şəxsi gördüyü barədə polisə məlumat verib. O, deyib ki, timsah həmin şəxsi suyun altına aparıb. Polis göstərilən yerə gedib və orada xəstənin paltarını taparaq, qalıqlarını axtarmağa başlayıb.