Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa "Legiya"sı cəzalanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.
Maliyyə sanksiyasına Avropa Liqasının "Spartak"la görüşündə baş verənlər səbəb olub. Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək. Belə ağır cəzaya azarkeşlərin qaldırdığı banner səbəb olub.
Qeyd edək ki, "Legiya" öz meydanında 0:1 hesabı ilə uduzub.