Burkino-Faso prezidenti və digər saxlanılan məmurlar dərhal azad edilməlidir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Burkino-Faso prezidentinin hərbçilər tərəfindən saxlanılmasından xəbərdarıq. Səfirliyimiz durumu izləyir. Prezidentin dərhal azad edilməsinə çağırırıq. Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir. Tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırırıq”, - deyə Prays bildirib.
Qeyd edək ki, Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.