Yunanıstan mediası Türkiyə ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar paylaşır.
Axar.az xəbər verir ki, bunu sabiq yunan səfir Panayotis Loakimidis deyib.
“Biz davamlı olaraq Türkiyənin guya təcrid olunduğu görüntüsünü əks etdirərək mif yaradırıq. Bu, reallığı əks etdirmir. Dəqiqləşdirilməmiş informasiyanı yaymaq jurnalistika prinsiplərinin pozulmasıdır. Media məlumatlandırmaq əvəzinə, gərginliyi artırmağa xidmət edir. Bu, çox narahatedici haldır. Hətta bəzi xəbərlərin təqdim edilməsi anlaşılmazlıqlara səbəb olur. Nəticə etibarı ilə Türkiyə-Yunanıstan əlaqələrində gərginliyi artıran atmosfer yaranır. Media bu məsələlərdə diqqətli olmalıdır”, - sabiq səfir bildirib.