Türkiyənin Rusiya ilə münasibətləri var. İki ölkənin münasibətləri bütün məsələlərdə inkişaf etməkdə davam edir. Münasibətlərimiz Ukrayna ilə eyni şəkildə yaxşıdır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu müsbət hadisələrin Rusiya ilə Ukrayna arasında neqativə çevrilməsini qəbul edə bilmərik. Rusiya ilə Ukrayna arasında sülh olsa, biz vasitəçi ola bilərik. Artıq qeyd etdim ki, bununla bağlı üzərimizə hansı vəzifə düşürsə, biz hazırıq. İndi qarşıda Ukraynaya səfərim var. Bu arada, ola bilsin, cənab Putinlə telefonla əlaqəsi saxlayacam və ya Moskvaya səfər edəcəm. Biz regionda sülhün hökm sürməsini istəyirik. Əlimizdən gələni etməyə hazırıq”, - Ərdoğan bildirib.