İranlı boksçu Məhəmməd Cavad Vəfai-Sani ölüm cəzasına məhkum edilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə İranda insan haqları üzrə Norveç qeyri-hökumət təşkilatıa istinadla məlumat yayılıb.
Vəfai-Sani 2019-cu ilin noyabr iğtişaşları zamanı hökumət binalarını yandırmaqda və dağıdmaqda günahkar bilinib. İdmançı 2020-ci ilin fevralında saxlanılıb. İranın maraqlarının təmsilçisi Babək Pakniya hökmdən apelyasiya şikayəti vermək niyyətindədir.