Rusiya banklarına qarşı sanksiya təhlükəsindən danışmaq tezdir, media spekulyasiyaları çox vaxt şayiələrə əsaslanır.
Axar.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Mətbuatda çox vaxt heç nəyə əsaslanmayan və ya hansısa şayiələrə söykənən müxtəlif fərziyyələrə etibar etməyək. Diqqətimizi sanksiyalara aludə olan ölkələrin rəsmi orqanlarına yönəldək”, - Peskov bildirib.