NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Tvitter səhifəsində yazıb.
“Biz rəsmi Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, - H.Kolomina bildirib.
Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.