Ukraynada 7 nazirliyin və bəzi digər dövlət qurumlarının internet saytlarına haker hücumu olub.
Axar.az xəbər verir ki, hücum nəticəsində dövlət qurumlarının, eləcə də 7 nazirliyin saytına daxil olmaq mümkün olmayıb.
Kiberhücum zamanı Ukrayna Xarici İşlər Nazirliyinin saytında Ukrayna, rus və polyak dillərində hədə mesajı yazılıb:
"Bütün şəxsi məlumatlarınız açıqlanıb. Kompüterdəki bütün məlumatlar məhv edilib, onu bərpa etmək mümkün deyil. Qorxun və ən pisini gözləyin”.