İran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib.
Ə.Vəhidinin sözlərinə görə, qonşu ölkələrə vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür. Bundan başqa bəzi Afrika ölkələri ilə də tətbiq olunan məhdudiyyətlər ləğv edilib:
"Lakin bəzi Avropa ölkələri, o cümlədən Fransa və İngiltərə ilə tətbiq olunan məhdudiyyətlər öz qüvvəsindədir. Digər ölkələrə aid məhdudiyyətlər isə araşdırılmaqdadır", - deyə o bildirib.
Qeyd edək ki, 25 dekabrda İran qonşu ölkələrlə quru sərhədlərinin vətəndaşlar üçün 15 gün müddətinə bağlı olduğunu elan etmişdi.