ABŞ Dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Tərəflər danışıq zamanı Rusiyanın gələcək təcavüzkar addımlarından qorunmaq üçün kompleks tədbirlər– ciddi iqtisadi sanksiya və Ukrayna silahlı qüvvələrinin potensialının gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Blinken 10 yanvar Cenevrədə baş tutan ABŞ-Rusiya danışıqlarının məzmunu ilə bağlı Kulebanı məlumatlandırıb.