Qarşıdan gələn Rusiya-NATO danışıqlarından əldə edilə biləcək ən pis nəticə köhnə mövqelərin təkrarlanması olacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib.
"12 yanvardakı danışıqların nəticəsi necə olacaq? - Ən pisi son bir neçə ildə olduğu kimi, NATO-nun köhnə mövqelərinin təkrarlanması. Lakin NATO-Rusiya Şurası bunun üçün yaradılmayıb. Şura müzakirə etmək və həll yollarını, ortaq nöqtələri tapmaq üçün yaradılıb", - Kelin vurğulayıb.