“Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq, yemək-içməyi də!
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda sabitlik və rifahın təmin olunması üzrə ölkəyə dəstəyini ifadə edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Özbəkistan prezidentinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı müzakirə olunub.
Danışıqlar zamanı dövlət başçıları Qazaxıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb, ölkədə vəziyyətin sabitləşməsi, sülh və sabitliyin təmin olunması üzrə atıln addımlar müzakirə olunub.
Ş.Mirziyoyev Qazaxıstan xalqına və rəhbərliyinə sabitlik və rifahın təmin olunmasında dəstəyini bir daha ifadə edib.
İlin əvvəlində Azərbaycan Qarabağda hələ də gizlənən erməni quldur birləşmələrinin təmizlənməsi üçün xüsusi antiterror əməliyyatına başlaya bilər.
ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil.
Qazaxıstanın hakimiyyət orqanları ölkədəki vəziyyətin tənzimlənməsinin öhdəsindən təkbaşına gələcək, lakin lazım gələrsə, Rusiya bu ölkəyə dinc xarakterli istənilən yardımı göstərməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
“Düşünürəm ki, Qazaxıstan hakimiyyəti bunu yoluna qoyacaq, vəziyyətin öhdəsindən gələcək. Onlar cəmiyyətdəki gərginliyi aradan qaldırmaq üçün fəal işləyirlər. Qazaxıstanlı dostlar və qardaşlar bu vəziyyətdən uğurla çıxacaqlar. Rusiya hər zaman yanınızdadır və kömək etməyə hazırdır”, - Cabarov bildirib.
Alyansın genişlənməməsi məsələsində NATO ilə dialoq uğursuzluqla nəticələnərsə, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün geniş hərbi-texniki seçimi var.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“NATO-Rusiya Şurasının iclasından sonra təhlükəsizlik zəmanətləri məsələsində ciddi irəliləyişin olub-olmadığını söyləmək hələ tezdir”, - Qruşko bildirib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.
ABŞ-dan əsas gözləntilərimiz PKK-nın Suriyadakı qolu olan PYD və YPG-yə dəstəyi kəsmək, S-400-lərlə bağlı real və konstruktiv mövqe sərgiləmək, FETÖ-ya qarşı qəti və səmərəli addımlar atmaqdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Şərqi Aralıq dənizi kimi məsələlərdə ABŞ rəhbərliyi və Konqresi ağlabatan və qərəzsiz mövqe tutmalıdır", - deyə Kalın bildirib.
Onun sözlərinə görə, Türkiyə heç bir lobbi və ya maraq qrupunun təzyiqinə boyun əyməyəcək:
"Hazırda ABŞ ilə ortaq və pozitiv gündəm yaratmaq üçün yeni mexanizm üzərində işləyirik. Strateji perspektiv və konstruktiv münasibətlə problemləri daha idarəolunan edə bilərik. Bu, razılaşdığımız sahələrdə daha sıx işləməyə imkan verir. Bütün bunlar üçün daha fundamental addımlar atılmalıdır ki, strateji perspektivlərimiz üst-üstə düşsün”.