Qazaxıstanın hakimiyyət orqanları ölkədəki vəziyyətin tənzimlənməsinin öhdəsindən təkbaşına gələcək, lakin lazım gələrsə, Rusiya bu ölkəyə dinc xarakterli istənilən yardımı göstərməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
“Düşünürəm ki, Qazaxıstan hakimiyyəti bunu yoluna qoyacaq, vəziyyətin öhdəsindən gələcək. Onlar cəmiyyətdəki gərginliyi aradan qaldırmaq üçün fəal işləyirlər. Qazaxıstanlı dostlar və qardaşlar bu vəziyyətdən uğurla çıxacaqlar. Rusiya hər zaman yanınızdadır və kömək etməyə hazırdır”, - Cabarov bildirib.