ABŞ-dan əsas gözləntilərimiz PKK-nın Suriyadakı qolu olan PYD və YPG-yə dəstəyi kəsmək, S-400-lərlə bağlı real və konstruktiv mövqe sərgiləmək, FETÖ-ya qarşı qəti və səmərəli addımlar atmaqdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Şərqi Aralıq dənizi kimi məsələlərdə ABŞ rəhbərliyi və Konqresi ağlabatan və qərəzsiz mövqe tutmalıdır", - deyə Kalın bildirib.
Onun sözlərinə görə, Türkiyə heç bir lobbi və ya maraq qrupunun təzyiqinə boyun əyməyəcək:
"Hazırda ABŞ ilə ortaq və pozitiv gündəm yaratmaq üçün yeni mexanizm üzərində işləyirik. Strateji perspektiv və konstruktiv münasibətlə problemləri daha idarəolunan edə bilərik. Bu, razılaşdığımız sahələrdə daha sıx işləməyə imkan verir. Bütün bunlar üçün daha fundamental addımlar atılmalıdır ki, strateji perspektivlərimiz üst-üstə düşsün”.